Bu gün Azərbaycan yığmalarından istefaya göndərilən aşağı yaş qruplarının baş məşqçiləri 8 seçmə oyununda iş başında olub. Matç.az saytı xəbər verir ki, U-20 və U-21-ə başcılıq edən Rəşad Sadıqov sonuncuları AVRO-2019-un seçmə mərhələsində 5 görüşə çıxarıb.

Sadıqovun yetirmələri bu qarşılaşmalarda cəmi 2 heç-heçə edib. Kosovoya 0:2, İrlandiyaya 0:1, Norveçə 1:3  hesabı ilə uduzan yığmamız sonuncularla ikinci oyunda və İsraillə matçlarda 1:1 hesabı ilə kifayətlənib.

Bu matçlarda 2 heç-heçə və 3 məğlubiyyəti olan komandamız 3 top vurub, 8-ni buraxıb.

Onun kimi U-17-nin baş məşqçisi Ramin Quliyev də qələbəyə həsrət qalıb. Yığmamız  Norveçə 1:4, çexiyaya 0:2, Albaniyaya 0:1 hesabı ilə uduzub. Hər üç matçda uduzan yığmamız 1 qol vurub, 7-ni buraxıb.

Həm U-21, həm də U-17 Avro-2019-un seçmə mərhələsində sonuncu yeri tutub. Sonuncular 4, "böyüklər" isə 6 komanda arasında ən zəif olub.

Zaur Həşimov isə U-18-lə yalnız yoxlama oyunlarına çıxıb.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında hər üç məşqçi istefaya göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest