"Əgər büdcəmiz olsaydı, ən yaxşı oyunçuları seçib alardıq. Keçmiş futbolçumuz Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirmişik"

"Hamı "Neftçi" qrup mərhələsinə düşməli olduğunu deyir. Təbii ki, biz də bunu istəyirik. Ancaq mənim büdcəm 40 fiaz enibsə, bunu necə edə biləcəyik?"

Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində deyib.

O, büdcənin azaldıldığı üçün yaxşı transferlər etməyin çətin olduğunu bildirib: "Əgər büdcəmiz olsaydı, ən yaxşı oyunçuları seçib alardıq. Keçmiş futbolçumuz Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirmişik. özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidirmi? Amma qıraqda olan futbol "mütəxəssislər"i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu, nə cür idarəçilikdir, bu, necə işdir? Hansısa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, iki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin".

C.Sultanov "Neftçi"də hər şeyin maliyyə cəhətdən əla olmadığını qeyd edib:"Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundur. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis "Neftçi"də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest