Futbol üzrə UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində İsveç millisinə 2:0 hesabı ilə qalib gələn Portuqaliya yığması ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, millinin yarımmüdafiəçisi Bernardo Silva sıradan çıxıb.
 
Oyuna start heyətində başlayan futbolçu, 22-ci dəqiqədə zədələnib və meydanı erkən tərk etməli olub. Sağ ayağının əzələsindən zədələndiyi bildirilən "Mançester Siti"nin üzvünün vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.
 
İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest