İngiltərənin "Everton" klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Uotford"un yarımmüdafiəçisi Abdulaye Dukureni transfer edib.
 
Bu barədə Liverpul klubunun rəsmi saytı məlumat yayıb. Bu keçid 25 milyon avroya başa gəlib. "Everton" 27 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb. Dukure yeni komandasında 16 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, "Uotford" ötən mövsümün yekunlarına əsasən Premyer Liqadan aşağı dəstəyə yuvarlanıb. Dukure 2016-cı ildən formasını geyindiyi bu komandada 141 oyuna çıxıb, 17 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest