Türkiyənin "Göztəpə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi bosniyalı cinah müdafiəçisi Dzenan Burekoviçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
Karyerasına ölkəsinin "çelik" komandasında başlayan Burekoviç, daha sonra Serbiyanın "Voyvodina", Macarıstanın "Uypeşt" klublarında da forma geyinib. O, 2018-ci ildən Macarıstan təmsilçisinin uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest