Topaz Premyer Liqasının hakimlərinin qış təlim-məşq toplanışını keçirəcəyi məkan müəyyənləşib. Matç.az saytı xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov açıqlayıb.

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlama verən qurum rəsmisi bildirib ki, qış hazırlığı ölkə daxilində gerçəkləşəcək. Ədalət təmsilçiləri mövsümün ikinci yarısına Mingəçevirdə hazırlaşacaq. Toplanış prosesi Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin rəhbərliyi altında keçiriləcək. Mingəçevirin seçilməsi də məhz avstriyalının istəyi ilə gerçəkləşib: "Ştuxlik gələcək planlarını bildirdi. Xaricdə təlim-məşq toplanışını istəmədi. Bildirdi ki, Mingəçevirdə toplanışa üstünlük verir. çünki fiziki və psixoloji amillər üzərində işləmək lazımdı".

Məmmədov ölkə daxilində oyun idarə etmək praktikasının olmamasına da münasibət bildirib: "O bildirdi ki, qış fasiləsində təcrübəyə üstülük verməyəcək. Bu dövr ərzində daha çox fiziki cəhətdən inkişafa nail olmağa çalışacaq".

Qeyd edək ki, ədalət təmsilçiləri son illər adətən ölkə xaricində təlim-məşq toplanışı keçirirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest