Bu gün AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilən Qurban Qurbanov Azərbaycan millisinin tarixində 2-ci nəticəyə imza atıb. Matç.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis yığmadan 47 faizlik nəticə ilə ayrılıb.

Söhbət rəsmi və yoxlama oyunlarındakı görüşlərdə qələbəyə görə 3 xal prinsipi ilə göstərilən nəticədən gedir.

Qurbanovlu milli 12 matçda 17 xal yığıb. 4 qələbə, 5 heç-heçə və 3 məğlubiyyəti olan yığmaya 36 mümkün xalın yarısına çatmaq üçün bir xalı çatmayıb.

Bu göstərici millimizin 26 illik tarixindəki 12 baş məşqçisi arasında 2-cidi. Bu "12-lik" komandaya müvəqqəti rəhbərlik edib 3 oyuna çıxaran Qyoko Hacıyevski, 1 matçda baş məşqçi vəzifəsini icra edən Nazim Süleymanov və Mahmud Qurbanovu, həmçinin yalnız bir görüşdə iş başında olan məşqçilər korpusunu nəzərə almamaqla formalaşıb.

Siyahıya isə Ələkbər Məmmədov başçılıq edir. Lakin onun 83 faizlik göstəricisi yalnız yoxlama oyunlarında, Asiya yığmaları ilə (həmin vaxt Qazaxıstan da UEFA üzvü deyildi) duellərdə əldə olunub.

Düzdü, 2-ci olan Qurbanov da dünya və Avropa çempionatlarının seçmə mərhələsini görməyib və güclü rəqiblərlə qarşılaşmayıb. O, rəsmi matçlarda komandanı yalnız Millətlər Liqasında Avropanın 4-cü dərəcəli (D liqası) yığmaları ilə duellərə çıxarıb. 3-cü sırada isə Robert Prosineçki qərarlaşıb.

Qeyd edək ki, siyahının sonuncusu Ağasəlim Mircavadovdu. Onun hesabında yalnız məğlubiyyətlərdi.

 

 

Baş məşqçi

O

X

Faiz

1

Ələkbər Məmmədov

4

10

83,33%

2

Qurban Qurbanov

12

17

47,22%

3

Robert Prosineçki

23

24

34,78%

4

Şahin Diniyev

20

19

31,67%

5

Berti Foqts

71

67

31,46%

6

Kazbek Tuayev

13

12

30,77%

7

Vaqif Sadıqov

33

30

30,30%

8

Karlos Alberto Torres

18

12

22,22%

9

Əsgər Abdullayev

13

7

17,95%

10

İqor Ponomaryov

15

8

17,78%

11

Əhməd Ələsgərov

9

4

14,81%

12

Ağasəlim Mircavadov

9

0

0,00%

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest