Futbol üzrə İspaniya La Liqasında yeni mövsümün ilk turunun iki oyununun vaxtı dəyişdirilib.
 
Matc.az xəbər verir ki, mövsümün açılış oyunu olan və sentyabrın 11-də keçirilməsi planlaşdırılan "Qranada" – "Atletik" oyunu bu ayın 12-də oynanılacaq. Turun sentyabrın 14-də keçirilməsi nəzərdə tutulan digər matçı – "Alaves" – "Betis" oyunu isə ayın 13-də baş tutacaq.
 
Beləliklə, La Liqada mövsümə sentyabrın 12-də, "Eybar" – "Selta" oyunu ilə start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest