İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Brentford"un hücumçusu Olli Uotkinsi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı ingilis hücumçu ilə 5 illik müqavilə imzalanıb. 
 
Britaniya mətbuatı bu transferin Birmingem klubuna 33 milyon funt-sterlinqə başa gəldiyini iddia edir.
 
Uotkins 2017-ci ildən "Brentford"un uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın oyunda 49 oyuna 26 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest