"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını "İnter"də davam etdriəcək. Matc.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Antoniyo Konte çilili oyunçunu heyətində görmək istəyir.

Məlumata görə, Milan klubu yaxın günlərdə oyunçu ilə müqavilə imzalayacaq. Vidalın "Barselona"  klubuyla gələn mövsümün sonun qədər sözləşməsi var.  Onun La Liqa təmsilçisi ilə müqaviləsini ləğv etməsi gözlənillir.

Bununla yanaşı, "İnter"in müdafiəçisi Dieqo Qodinin komandadan ayrılacağı bildirilir. Klub onun əvəzinə "Parma"da çıxış edən Matteo Darmianı heyətinə qatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest