Transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində braziliyalı Rafael Utziq transferini reallaşdırıb.
 
24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. İndiyədək yalnız vətənində çıxış edən cənubi amerikalının son klubu "Parana" olub. Sağ cinah vingeri mövqeyində də oynayan Rafael 2018-20-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.
 
Utziq karyerası ərzində "Foz de İquaçu" (2015, 2018), "Kaskavel" (2016), "Ypiranqa Ereçim" (2016-2018) və "çianorte"nin (2019) də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest