London "Arsenal"ı İngiltərə Premyer Liqasının yeni mövsümünün startı ərəfəsində ciddi itkilərlə üzləşib.
 
Matc.az xəbər verir ki, paytaxt klubunun müdafiəçiləri David Luislə Sokratis Papastatopulos sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu hazırda müalicə alır və bir müddət komandaya kömək edə bilməyəcək.
 
Qeyd edək ki, Premyer Liqada yeni mövsümün açılış matçı məhz "Arsenal"ın iştirakı ilə baş tutacaq. "Topçular" sentyabrın 12-də səfərdə "Fulhem"in qonağı olacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest