Almaniya II Bundesliqasında XVI turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfər görüşünə çıxıb.

Rəqib turnir cədvəlində nisbətən yuxarı pillələrdə qərarlaşan "Qreyter Fürt" olub. Nazarovun 90 dəqiqəni ehtiyatdan izlədiyi qarşılaşma onun komandasının böyükhesablı qələbəsi ilə nəticlənib. 28-ci dəqiqədə hesabı açan "Aue" ikinci hissədə rəqibin qapısından daha 4 cavabsız top keçirib - 5:0.

Bu qələbə sayəsində xal sayını 18-ə çatdıran "Aue" 12-ci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest