Futbol üzrə Moldova çempionatında 9-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Kodru Lozova" ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 7:0.
 
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 
9 turdan sonra 13 xalı olan "Dinamo-Avto" 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest