Portuqaliya Sequndasında XII tura start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycanın gənclər millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril" doğma azarkeşləri önündə mübarizə aparıb.

Komandanın rəqibi autsayderlər zonasında qərarlaşan "Kovilya" olub. Borqesin 8-ci dəqiqədə vurduğu qol qarşılaşmada yeganə olub və "Eştoril" 1:0 hesablı qələbə qazanıb. Meydana start heyətində daxil olan Renat 80-ci dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində "Eştoril" 23 xalla 2-ci yerə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest