Rusiya Premyer Liqasında XVII turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev də bu tur meydana çıxıb.

Onun komandası "Krılya Sovetov" "Rostov"u qəbul edib. Samaradakı görüşdə Pol Antonun 11-ci dəqiqədə penaltidən vurduğu qol yeganə olub və "Krılya Sovetov" minimalhesablı qələbə qazanıb - 1:0. 80-ci dəqiqədə məhz Antonu əvəzləyən Şeydayev cəmi 2 dəqiqə sonra sarı vərəqə almaqla "fərqlənib".

Qələbə sayəsində təhlükəli zonanı tərk edən "Krılya Sovetov" 17 xalla 12-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest