İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Lion "Olimpik"indən çiprian Tataruşanunu transfer edib.
 
Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qapıçı bu gün tibbi müayinədən keçdikdən sonra "Milan"la 3 illik müqavilə imzalayacaq. "Qırmızı-qaralar" rumıniyalı futbolçu üçün Lion klubuna 500 min avro ödəyəcək.
 
Tataruşanu daha əvvəl İtaliyada "Fiorentina"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest