Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Türkiyədə davam etdirə bilər.
 
Matc.az "Ajansspor"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu bu ölkənin birinci liqa təmsilçisi "Boluspor"la razılığa gəlib.
 
Tərəflər arasında 1+1 illik müqavilə imzalanacağı bildirilir.
 
Qeyd edək ki, Abdullayevin son klubu "Qarabağ" olub. O, ötən mövsümün sonunda Ağdam təmsilçisindən ayrılıb. Araz daha öncə Yunanıstanda da legioner həyatı yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest