"Beşiktaş" növbəti transferini həyata keçirib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Josef de Souzanı heyətinə qatıb.
 
Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Souzanın son klubu "Əl-Əhli" olub. O, daha öncə Türkiyədə "Fənərbaxça"nın da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest