Azərbaycan millisindən gedən Qurban Qurbanovun ilk hədəfi lider "Neftçi"ni taxtdan salmaq olacaq. "Qarabağ" rəhbərliyi Premyer Liqada liderliyə yüksəlməyi qarşısına məqsəd qoyan çalışdırıcıya dəstək olacaq. 

Belə ki, mütəxəssisin komandanı gücləndirmək üçün nəzərdə tutduğu 4 əsas transfer həyata keçiriləcək. Klub rəhbərliyi bir neçə səviyyəli legioner alınmasının əleyhinə deyil ki, bu da öz növbəsində "Qarabağ" azarkeşləri üçün yeni ümidlər anlamındadı. Rəhbərliklə mütəxəssis arasında telefon danışığı olub və yaxın günlərdə planlarla bağlı müzakirələr aparılması nəzərdə tutulub.

Artıq qış fasiləsində 2 gözaltısı ilə anlaşma əldə etməyə çalışacaq ağdamlıların növbəti avrokubok oyunlarına qədər indikindən 30 faiz daha yaxşı olmağı hədəflədiyi faktdı. Seçmə komandadan ayrılan Qurbanovun özünü bütünlüklə klubdakı işinə həsr edə biləcəyini nəzərə alsaq, Avroliqada qrupdan çıxmayacağı dəqiqləşən Azərbaycan çempionunun çempionatda hər görüşə 3 xal hədəfi ilə başlayacağı, xal itkisini ağlından keçirməyəcəyini proqnozlaşdırmaq olar (fanat.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest