Türkiyənin "Göztəpə" klubu növbəti transferini rəsmiləşdirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi macar qapıçı Balaş Meqyerini heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
 
Peşəkar karyerasına "Ferentsvaroş"da başlayan Meqyeri, sonralar Yunanıstanda "Olimpiakos" və "Atromitos"un, İspaniyada "Xetafe"nin, Almaniyada "Qroyter"in də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest