"Qarabağ"ın Çempionlar liqasının III təsnifat mərhələsindəki rəqibi "Molde"nin əsas oyunçusu Leke James heyətə qayıdıb. Matc.az xəbər verir ki, xəstəliyi sağalan futbolçunun təmsilçimizə qarşı matçda oyunaya biləcəyi bildirilir.

"Qarabağ"ın çempionlar liqasının III təsnifat mərhələsindəki rəqibi "Molde"nin əsas oyunçusu Leke James heyətə qayıdıb. Matc.az xəbər verir ki, xəstəliyi sağalan futbolçunun təmsilçimizə qarşı matçda oynaya biləcəyi bildirilir.

James cari mövsüm yeddi qolla Norveç çempionatının bombardiridir. O, liqanın sonuncu turunda  "Vikinq"ə qarşı görüşü ehtiyat skamyasından izləyib. 27 yaşlı forvardın artıq tam hazır olduğu vurğulanıb. James ötən mövsüm çempionatı 15 qolla bitirib.

Qeyd edək ki, "Qarabağ" - "Molde" qarşılaşması sentyabrın 16-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest