Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstan çSKA-sı ilə qarşılaşacaq Belarusun BATE klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Borisov təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Stanislav Draqun və İqor Staseviçin koronavirus testi müsbət nəticələnib. Hər iki futbolçu karantinə alınıb.
 
BATE Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah Sofiyada çSKA klubu ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest