İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi argentinalı müdafiəçi Nahuel Molina Luseronu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Boka Xuniors"dan transfer olunan 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Boka Xuniors"un öz yetirməsi olan Nahuel Molina, "Defensa və Xustisiya", "Rosario Sentral" klublarında icarədə də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest