Topaz Premyer Liqasının XIV turunun "Səbail" – "Qəbələ" oyununun sonlarında insident baş verib. Matç.az saytının məlumatına görə, qarşılaşmanın 85-ci dəqiqəsində görüşün baş hakimi İnqilab Məmmədov qonaqların hücumçusu Rauf Əliyevi ikinci sarı vərəqə ilə meydandan qovub.

Bu isə "Qəbələ"nin çalışdırıcısı Sənan Qurbanovun sərt etirazı ilə qarşılanıb.

Gənc mütəxəssis kənardan baş hakimə səslənərək: "Ə, İnqilab, adam kişi olar" deyərək etirazını bildirib.

Qeyd edək ki, görüşdə hesab açılmayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest