Futbolçu matça çıxanda sanki öz dünyasındadır. Səhvlər edir və bu da qollara gətirib çıxarır. Bilmirəm oyunçular qarşılaşma vaxtı nə fikirləşirlər. Futbolçularla sabah danışacağıq. 3-4 nəfərlə ayrı söhbətimiz olacaq. Oyunçuları etdikləri səhvlərə görə qınamaq lazımdır.

"Deyiləsi bir şey yoxdur. Oyunun taleyi ilk hissədə həll olundu. Matça pis başlamadıq, amma səhvlər etdik. Hər şey əlimizdən çıxdı. "Qarabağ"a qarşı bu cür səhvlər olursa, bağışlanmır. Bu, bizə dərs olsun. İndi danışmaq çox çətindir. Yaxşı ki, bu məğlubiyyət ilin son oyununda oldu. Təəssüflər olsun ki, pis nəticədir. İki kubok oyunumuz qalıb. Analiz etmək üçün vaxtımız olacaq. çalışacağıq ki, nələrisə dəyişək". Matç.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz  Premyer Liqasının XIV turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəsssi daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Komandanı tərk edəcək futbolçular müəyyənləşibmi? 

- Buna iki kubok matçında sonra adınlıq gələcək.  

- Səhv eləmirəmsə, baş məşqçi karyeranızda ən böyük hesablı məğlubiyyətinizdir...

- Ola bilər. Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır. Amma burada hər şeyi üzərimdən atıb, tamadalıq da etmək istəmirəm. Futbolçu matça çıxanda sanki öz dünyasındadır. Səhvlər edir və bu da qollara gətirib çıxarır. Bilmirəm oyunçular qarşılaşma vaxtı nə fikirləşirlər. 

- Görüş başa çatandanda sonra əsəbi görünürdünüz. Qurban Qurbanovun da əlini sıxmadınız...

- Əsəbiləşmişdim. Rəqib baş məşqçi gərək üzrlü hesab etsin. Onu qələbəyə görə təbrik edirəm. Futbolçularla sabah danışacağıq. 3-4 nəfərlə ayrı söhbətimiz olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest