PSJ-nin baş məşqçisi Tomas Tuxel vəzifəsindən ayrıla bilər.
 
Matc.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubunun futbolçuları 47 yaşlı mütəxəssisin işindən razı deyil.
 
Futbolçuların Tuxelə inamını itirdiyi və komanda daxilində atmosferin yaxşı olmadığı bildirilir.
 
Bundan başqa, futbolçular alman mütəxəssisin əsas tapşırığının topu Neymara ötürməkdən ibarət olduğunu iddia edir.
 
çempionatın startında keçirdiyi oyunlarda əvvəlcə "Lans"a, daha sonra Marsel "Olimpik"inə minimal hesabla məğlub olan PSJ ilk qələbəsini ötən gecə, 1-ci turdan təxirə salınan "Mets"lə oyunda qazanıb – 1:0.
 
Tuxel 2018-ci ildən PSJ-ni çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest