"Real"ın yarımmüdafiəçisi Qaret Beylin yeni komandası müəyyənləşib. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, bu barədə futbolçunun agenti Jonatan Barnett məlumat verib.

O bildirib ki, uelsli oyunçu "Tottenhem" klubu ilə razılığa gəlib. Beyl bir il icarə əsasında London təmsilçisində çıxış edəcək. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir. 31 yaşlı yarımmüdafiəçinin maaşının yarısını Madrid klubu ödəyəcək.

Qeyd edək ki, Beyl 2007-20013-cü illərdə "Tottenhem"də çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest