"Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Cavid İmamverdiyev paytaxt təmsilçisi ilə vidalaşıb.

"Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Cavid İmamverdiyev paytaxt təmsilçisi ilə vidalaşıb.
 
Azərbaycan millisinin sabiq üzvünü yay fasiləsində heyətinə cəlb edən "Keşlə" onunla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Futbolçu bu komandaya "Sabah" klubundan keçmişdi.
 
Qeyd edək ki, "Keşlə" bu yay Cabir Əmirli, Slavik Alxasov, Ruslan Qurbanov, Tural Bayramlı, Rəşad Əzizli, Əfran İsmayılov, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest