Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, II təsnifat mərhələsində təmsilçimiz "Neftçi"ni mübarizədən kənarlaşdıran "Qalatasaray" klubunun da potensial rəqibi bəlli olub.

Xorvatiyanın "Hayduk" kollektivi ilə qarşılaşacaq "cim-bom" III təsnifat mərhələsini keçəcəyi təqdirdə, pley-offda  "Villem II" (Niderland)  – "Qlazqo" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq. İstanbul klubu tək oyundan ibarət mərhələ matçını səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsi görüşləri sentyabrın 24-də, pley-off oyunları isə oktyabrın 1-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest