"İstər-istəməz müdafiəni yarmaq çətin olur. Hər cür müdafiə sistemlərinə qarşı məşq edirik, hazırlaşırıq. Bu gün "Sumqayıt" yaxşı müdafiə olundu"

"Neftçi"nin futbolçusu Namiq Ələsgərov Topaz Premyer Liqasının 14-cü turunda evdə "Sumqayıt"la heç-heçə etdikləri oyundan (0:0) sonra matç.az saytının əməkdaşının da  cavablandırıb.

- Niyə belə oldu?

- çox vacib iki xal itirdik. Qış fasiləsinə "Qarabağ"dan 5 xal irəlidə gedə bilərdik. çətin oyun oldu, əziyyət çəkdik. Təəssüf ki, belə alındı.
 

- Namiq, nəyə görə əksər oyunlarda rəqib komanda müdafiəyə qapananda  "Neftçi" heç nə edə bilmir? Məşqlərdə bunun üzərində işləmirsiz?
- İstər-istəməz müdafiəni yarmaq çətin olur. Hər cür müdafiə sistemlərinə qarşı məşq edirik, hazırlaşırıq. Bu gün "Sumqayıt" yaxşı müdafiə olundu. Yara bilmədik müdafiəni. Ona görə alınmadı.

 

- Son dəqiqələrdə rəqibin heyətində 7 müdafiəçi var idi...
- Onlar bütün komanda ilə müdafiə olunurdular. Heyətlərindəki bütün müdafiəçiləri bizə qarşı meydandaydı. Yarımmüdafiəçi müdafiəyə kömək edəndə yenə nəsə etmək olur, amma rəqibdə hamısı müdafiəçi idi.

 

- çempionluq yolunda əsas rəqibiniz "Qarabağ" bu gün "Zirə"yə 6 cavabsız qol vurdu. Bu amil sizi narahat etmir?
- "Qarabağ" əlbəttə ki, güclü komandadı. Amma onların da xal itirdiyi oyunlar olub. Bizdə də olub ki, başqa komandaları daha rahat məğlub etmişik. Əsas mübarizə qışdan sonra başlayacaq.

 

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov milli komandadakı vəzifəsindən ayrılıb və komandanın Avroliqadakı oyunları da başa çatır. Bu da o deməkdir ki, artıq Ağdam klubu bütün fikrini çempionata yönəldəcək. Qışdan sonrakı mübarizə sizin üçün ağır olmayacaq?
- Düzdür, qışdan sonra çox çətin olacaq. Bunu da zaman göstərəcək ki, kim daha hazırlıqlı olacaq. Qışda yaxşı hazırlaşıb, daha sonra da liderliyimizi davam etdirmək istəyirik. Bu il hədəfimiz çempion olmaqdır. çalışacağıq ki, belə də davam edək.

 

- Qurban Qurbanovun millidən ayrılmasını necə qarşıladın?
- Nə deyə bilərəm? Bu, mənə aid olan bir şey deyil. AFFA rəhbərliyinin qərarı belədirsə, mən nəsə deyə bilmərəm.

 

- Azərbaycan kubokunun 1/4 final mərhələsində bugünkü rəqibiniz "Sumqayıt"la qarşılaşacaqsınız. Bu haqda nə deyə bilərsən?
- Ağır oyun olacaq. çalışacağıq ki, maksimum irəli gedək. Orda da hədəfimiz birincilikdir. çətin olacaq.

- Yeni gələn futbolçular – Mamadular necədi? Komandanı gücləndirə biləcək səviyyədədilər?
- Biri uzun zamandır bizimlədir. Digəri isə yeni qoşulub. Hər halda, izlənilib, alınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest