"Astana" "Renn"lə Avropa Liqasının sonuncu qrup matçından əvvəl yoxlama oyunu keçirib. Matç.az saytının məlumatına görə, Qazaxıstan klubu Fransa kubokunun yarımfinalçısı "Şambli" ilə üz-üzə gəlib.

Görüş qazaxların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Milli komandamızın yarımmüdafiəçisi Riçard Almeyda görüşün iştirakçısı olub. O, qarşılaşmaya star heyətində başlayıb.

Oyundakı yeganə qolu isə Kabananqa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest