"Yuventus" İtaliya çempionatının 2020-2021 mövsümünün ilk turuna qələbə ilə başlayıb. Matc.az xəbər verir ki, Turin klubu "Sampdoriya"nı 3:0 hesabı ilə məğlub edib.
Məlumata görə, bu qələbə "Yuventus" üçün əlamətdar olub. Belə ki, komanda ardıcıl beş mövsümdür çempionata qalibiyyətlə başlayır.
Bu, A Seriyası tarixində ən yüksək göstəricidir.