"Yasamal" FK ciddi itki ilə üzləşib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, komandanın üç üzvü Yüksək Liqanın bu gün keçiriləcək matçında meydana çıxa bilməyəcək.

Belə ki, Sina Jamali ötən matçda sarı vərəqə alıb və bu onun cari mövsümdəki dördücü "sarı"sı olub. Nəticədə legion vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Saeid Amini və Mortuza Cahandost isə qırmızı vərəqə cəzalısıdırlar. Onlar XI turdan təxirə salınmış "Xəzər Cənub"la oyunda "istirahət edəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest