"Xaricdə oynamaq istəyən oyunçuya çox dəyər verirəm. Çölə çıxmaq səni bir insan kimi yetkinləşdirir, tək yaşamağı öyrədir. Nikonun vəziyyəti də eynidir".

"Azərbaycan məsələsi məni təəccübləndirdi, oradan futbolla bağlı heç bir şey bilmirik. Buradan heç bir oyunçu tanımıram. Hagenin daha böyük futbol ölkəsinə gedəcəyini düşünürdüm".

Matc.az xəbər verir ki, bu sözləri Qvatemala millisinin və "Deportivo Kali"nin (Kolumbiya) qapıçısı Rikardo Xeras həmyerlisi Nikolas Hagenin "Səbail"ə keçidini şərh edərkən deyib. O, daha sonra belə davam edib:

"Xaricdə oynamaq istəyən oyunçuya çox dəyər verirəm. çölə çıxmaq səni bir insan kimi yetkinləşdirir, tək yaşamağı öyrədir. Nikolasın vəziyyəti də eynidir. Yeni bir dil, yeni bir mədəniyyət öyrənməkdir. Azərbaycanda böyüyəcəyinə inanıram. ümid edirəm ki, inkişaf edəcək bir kollektivlə çalışacaq. çünki Hagenin xəyalları var".

Qeyd edək ki, qvatemelalı qolkiper paytaxt təmsilçisi ilə mövsüm sonuna qədər müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest