"Real"ın hücumçusu Luka Yoviç komandadan ayrılmağa qərar verib. Matc.az xəbər verir ki, bu barədə oyunçu özü agentinə məlumat verib.

O bildirib ki, artıq Madrid klubunda qalmaq istəmir. Buna səbəb futbolçunun "Real"ın baş məşqçisi Zinəddin Zidanla çalışmaq istməməsidir. Yoviç yenidən "Ayntraxt" (Frankfurt) klubuna qayıtmaq niyyətindədir.

Qeyd edək ki, serbiyalı forvardın "kral klubu" ilə 2025-ci ilə qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest