İtaliya Futbol Federasiyası "Roma"nı cəzalandırıb.
 
Matc.az A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.
 
Buna "canavarlar"ın yarımmüdafiəçisi Amadu Diavaranın 1-ci turun "Verona" ilə oyunun (0:0) iştirak ərizəsinə düzgün sifariş olunmaması səbəb olub. Paytaxt klubu iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-yə qədər olan oyunçu kimi sifariş edib.
 
Qeyd edək ki, "Roma" növbəti turda "Yuventus"la, "Verona" isə "Udineze" ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 27-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest