İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Berqamo təmsilçisi PSV-dən Sem Lammersi transfer edib.
 
Bu barədə "Atalanta"nın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Atalanta" Lammers üçün PSV-yə 8 milyon avro ödəyib. Niderlandlı futbolçu 2016-cı ildən PSV-nin əsas komandasında çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest