"Mançester Siti" İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Vulverhempton"u məğlub edib – 3:1.
 
Matc.az xəbər verir ki, mövsümün ilk matçından 3 xalla ayrılan "şəhərlilər" Premyer Liqada yeni rekorda imza atıblar. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
"Mançester Siti" İngiltərə Premyer Liqasında ardıcıl 10-cu dəfə yeni mövsümə qələbə ilə başlayıb. Bu, Premyer Liqa klubları arasında rekord göstəricidir.
 
Premyer Liqanın ilk turu çərçivəsində keçirilməli olan "Mançester Siti" – "Aston Villa" oyunu təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest