İspaniyanın "Real Sosyedad" klubunun müdafiəçisi Dieqo Lyorente karyerasını İngiltərədə davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi "Lids"lə anlaşıb. Bu barədə "Real Sosyedad"ın mətbuat xidməti məlumat yayıb.
 
İspan futbolçu yeni klubu üçün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
 
Lyorente 2017-ci ildən "Real Sosyedad"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest