Bu yay Madrid "Real"ından "Everton"a transfer olunan Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriqesin keçmiş həyat yoldaşı Daniela Ospina illər sonra boşanmalarının səbəbini açıqlayıb.
 
Matc.az xəbər verir ki, hazırda "Napoli"nin formasını geyinən məşhur qapıçı David Ospinanın bacısı olan Daniela, ayrılmaqlarına səbəb olan əsas məqamlardan birinin Xamesin "Bavariya"ya keçidinin olduğunu etiraf edib:
 
"Mən Almaniyaya getmək istəmirdim. çünki Kolumbiya və İspaniyada biznes karyeramı davam etdirməkdə maraqlı idim. Xames Rodriqes isə əksinə, karyerasında dəyişiklik etmək üçün "Bavariya"ya getmək qərarında israrlı oldu".
 
Qeyd edək ki, Xames 2017-ci ildə "Bavariya"ya iki illik icarəyə verilmişdi. Altı il idi evli olan cütlük məhz həmin vaxt ayrılmağa qərar vermişdi. Xames ailə quranda 19, Daniela isə 18 yaşında olub. Onların bu evlilikdən bir qızı var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest