Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi bir neçə gün öncə "Trabzonspor"dan azad agent kimi ayrılan yarımmüdafiəçi Doğan Erdoğanı transfer edib.
 
Bu barədə Rizə klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Peşəkar karyerasına "Samsunspor"da başlayan Doğan Erdoğan, "Trabzonspor"a ötən mövsümün əvvəlində LASK klubundan transfer olunmuşdu. O, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest