İtaliyanın "Milan" klubunun müdafiəçisi Leonardo Duarte koronavirusa yoluxub. 
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı futbolçudan götürülən analizlərin nəticəsi müsbət çıxıb və o, karantinə alınıb. Komandanın digər üzvlərindən götürülən testlərinin nəticəsi isə mənfi olub. 
 
Qeyd edək ki, Duarte "Milan"a 2019-cu ilin yayında Braziliya "Flamenqo"sundan 10 milyon avroya transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest