"Turan Tovuz" komandası I divizionun ilk turlarında ev oyunlarını öz meydanında keçirə bilməyəcək. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov yarışın püşkatma mərasimi zamanı çıxışında məlumat verib.

O bildirib ki, pandemiya səbəbindən Tovuzdakı stadionun təmir işləri bitməyib. Bu baxımdan da klub rəhbərliyi ilk turdakı ev oyunlarının səfərdə keçirilməsini tələb edib.

Qrum rəsmisi müraciətlə bağlı PFL-in hələ ki yekun qərar vermədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, oktyabrın 1-2-də keçiriləcək ilk turda "Turan Tovuz" "Zaqatala"nı qəbul etməlidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest