Bu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, iclasda 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının tarixi ilə bağlı qərar qəbul edilib.
 
2021-ci ilin martında start veriləcək seçmə mərhələnin oyunlarına noyabrda yekun vurulacaq. Pley-off mərhələsinin oyunları isə 2022-ci ilin martında gerçəkləşəcək.
 
Xatırladaq ki, yeni təqvimə əsasən komandalar mart, avqust və sentyabr pəncərəsində 3, oktyabr və noyabrda isə 2 oyun keçirəcəklər. Həmçinin pley-off oyunları üçün də 2 tarix nəzərdə tutulub.
 
Təqvim aşağıdakı kimidir:
 
1-ci tur – 24-25 mart
2-ci tur – 27-28 mart
3-cü tur – 30-31 mart
31 may - 8 iyun 2021 – Aç-2020-yə hazırlıq oyunları
4-cü tur – 1-2 sentyabr
5-ci tur – 4-5 sentyabr
6-cı tur – 7-8 sentyabr
6-10 oktyabr Millərlər Liqasının final mərhələsi
7-ci tur – 8-9 oktyabr
8-ci tur – 11-12 oktyabr
9-cu tur – 11-13 noyabr
10-cu tur – 14-16 noyabr
21-29 mart 2022 – Dç-nin Avropa zonası üçün pley-off oyunları - 2 oyun günü

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest