Almaniyanın "Bayer" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Madrid "Atletiko"sunun müdafiəçisi Santyaqo Ariası transfer edib.
 
Bu barədə Leverkuzen klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalayıb. Müqavilədə "Bayer"in Ariası satın alma şərti də var. Santyaqo yeni komandasında "2" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Madrid klubu kolumbiyalı futbolçunu 2018-ci ilin yayında PSV-dən 11 milyon avroya transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest