Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngləri demək olar ki, bu mərhələdə sürprizə imkan verməyiblər və əksəri darmadağınla növbəti mərhələyə yüksəlib.
 
"Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayıb. Buna meydan sahibi komandanın xeyli futbolçusunda koronavirus aşkarlanması səbəb olub. Təqvimin sıxlığı səbəbindən istisna edilmir ki, "Leyton Oriyent"ə texniki məğlubiyyət verilsin.
 
İngiltərə Liqa Kuboku
1/16 final
 
Linkoln – Liverpul 2:7
Mançester Siti – Bornmut 2:1
Bristol Siti - Aston Villa 0:3
çelsi – Barnsli 6:0
Flitvud – Everton 2:5
Lester Siti – Arsenal 0:2
Morekamb – Nyukasl 0:7
Fulhem - Şeffild Uednesdey 2:0
Milluoll – Bernli 0:2
Preston – Brayton 0:2
Stok Siti – Gillingem 1:0
Luton Taun - Mançester Yunayted 0:3
Vest Hem – Hall Siti 5:1
Nyuport – Uotford 3:1
Vest Bromviç – Brentford 2:2 (penaltilər 4:5)
 
Artıq 1/8 finalda qarşılaşacaq komandalar bəllidir:
 
Aston Villa – Stok Siti
Brentford - Fulhem
Brayton - Mançester Yunayted
Bernli - Mançester Siti
Everton - Vest Hem
Liverpul - Arsenal
Nyuport – Nyukasl
Leyton Oriyent/Tottenhem - çelsi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest