"Mançester Yunayted" "Porto"nun müdafiəçisi Aleks Tellesi heyətinə qatmaqda israrlıdır. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" qarşı tərəflə danışıqları davam etdirir.

Məlumata görə, Mançester klubu braziliyalı futbolçu üçün 12 milyon avro təklif edib. Ancaq "Porto" futbolçunun qiymətinin 18 milyon olduğunu bildirir.

Tellesin özü də Premyer Liqada oynamağa müsbət yanaşır. Hətta müdafiəçi klubunun onun üçün istədiyi məbləğin çox olduğunu düşünür. MY-in oyunçu ilə anlaşdığını, Portuqaliya təmsilçisilə isə danışıqların davam etdiyi vurğulanıb.

Qeyd edək ki, futbolçunun "Porto" ilə müqaviləsi gələn il başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest