"Liverpul"un müdafiəçisi Co Qomes klubu ilə yeni müqavilə imzalayıb. Matç.az xəbər verir ki,  bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı futbolçu yeni 3 illik anlaşmaya qol çəkib və 2024-cü ilin yayına qədər "qırmızılar"a məxsus olacaq. "çarlton"un yetirməsi "Liverpul"a 2015-ci ildə keçib və həmin ilin avqust ayında debüt matçına çıxıb.  

Qeyd edək ki, Co Qomes ötən ildən İngiltərə millisinə də çağırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest