Rusiyanın "Ximki" klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Kamran Əliyevin çıxış etdiyi bu klub Premyer Liqaya uğursuz start verdiyi üçün Dmitri Qunko baş məşqçi postundan uzaqlaşdırılıb. ötən turda "Krasnodar"a səfərdə 2:7 hesablı məğlubiyyət sözügedən məşqçinin istefasına səbəb olub.
 
Artıq komandaya yeni baş məşqçi də təyin olunub. Bundan sonra sözügedən kollektivi İqor çerevçenko çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 46 yaşlı rus mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
 
çerevçenko buna qədər "Lokomotiv", "Baltika" və "Arsenal"da baş məşqçi işləyib. O, Tula klubun ilk dəfə avrokuboklara çıxarıb ki, bu, debütdə "Neftçi"ylə uğursuz duel olub. Belə ki, "Arsenal" keçən yay Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimizə qol belə vura bilməyərək uduzub – evdə 0:1, səfərdə 0:3.
 
Qeyd edək ki, bu, "Ximki"də son 2 ayda artıq 3-cü baş məqçisidi. Komanda Sergey Yuranın rəhbərliyi altında Premyer Liqaya və ölkə Kubokunun finalına çıxsa da, gözlənilmədən onunla yollar ayrıldı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest